...

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən 17-ci beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər

Siyasət Materials 8 May 2014 09:39 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri Türkiyədə keçirilən 17-ci beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 10-dan 16-dək Almatı şəhərində (Qazaxıstan) "Gizir və çavuşların birgə təlimləri" mövzusunda təlimi, mayın 12-dən 13-dək Brüssel şəhərində (Belçika) "Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi" (e-PRIME) üzrə kursu, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən 16-dək İstanbul şəhərində (Türkiyə) 17-ci beynəlxalq dənizçilik yarışları, Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən iyulun 4-dək Buxarest şəhərində (Rumıniya) Orta səviyyəli ingilis dili kursu və mayın 12-dən 30-dək Predeal şəhərində (Rumıniya) Dağa dırmanma təlimatçıları kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti