...

Xəzərin mühitinin mühafizəsi üzrə Tehran Konvensiyasının katibliyi Azərbaycanda yerləşəcək

Siyasət Materials 30 May 2014 20:57 (UTC +04:00)
Azərbaycan Xəzər dənizinin mühitinin mühafizəsi üzrə Tehran Konvensiyasının katibliyinin məkanı seçilib. Bu, mayın 28-30-da Aşqabadda keçirilmiş tərəflərin konfransının V sessiyasının yekunu əsasında məlum olub.
Xəzərin mühitinin mühafizəsi üzrə Tehran Konvensiyasının katibliyi Azərbaycanda yerləşəcək

Türkmənistan, Aşqabad, 30 may /Trend, müxbir H.Həsənov/

Azərbaycan Xəzər dənizinin mühitinin mühafizəsi üzrə Tehran Konvensiyasının katibliyinin məkanı seçilib. Bu, mayın 28-30-da Aşqabadda keçirilmiş tərəflərin konfransının V sessiyasının yekunu əsasında məlum olub. Bu barədə cümə günü Trend-ə danışıqlara yaxın mənbə deyib.

Aşqabaddakı bu tədbir Xəzəryanı ölkələr - Azərbaycan, Türkmənistan, İran, Qazaxıstan və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.

Bu gün imzalanmış protokolda tərəflər Tehran Konvensiyasına üzv ölkələrin VI sessiyasını 2015-ci ildə Konvensiya katibliyinin inauqurasiyası ilə birlikdə keçirmək qərarına gəliblər və Azərbaycanın onu qəbul etmək təklifini minnətdarlıqda qəbul ediblər.

Azərbaycan tərəfdən sənədi ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev imzalayıb. Tenran Konvensiyası tərəflərinin konfransının VII və növbəti sessiyaları 3 ildən bir keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti