...

Azərbaycanın diaspor təşkilatlarının rəhbərlərinə sadələşdirilmiş viza rejimi tətbiq edilə bilər

Siyasət Materials 4 İyun 2014 11:38 (UTC +04:00)
Azərbaycanın diaspor təşkilatlarının rəhbərlərinə münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiqi üçün müzakirələr aparılacaq.
Azərbaycanın diaspor təşkilatlarının rəhbərlərinə sadələşdirilmiş viza rejimi tətbiq edilə bilər

Belçika, Brüssel, 4 iyun /Trend, müxbir E.Hüseynli/

Azərbaycanın diaspor təşkilatlarının rəhbərlərinə münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiqi üçün müzakirələr aparılacaq. Bunu Trend-ə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov deyib.

Onun sözlərinə görə, yay aylarında müvafiq dövlət qurumları və diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə videokonfrans təşkil olunacaq və təkliflər müzakirə ediləcək.

N.Qurbanovun fikrincə, diaspor təşkilatlarının rəhbərlərinə sadələşdirilmiş viza rejiminin tətbiqi mümkün ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti