Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İzzət/
İyunun 10-da Brüssel şəhərində (Belçika) Planlaşdırma və Analiz Prosesi üzrə 28+1 formatında qiymətləndirmə görüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qiymətləndirmə görüşündə Azərbaycan Respublikası Silahlı Qüvvələri nümayəndələri də iştirak edəcəklər.