...

TürkPA-nın Bakı Bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsinə münasibət bildirilib

Siyasət Materials 13 İyun 2014 13:53 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələr qurumun Bakıda keçirilən 5-ci plenar iclasının yekunu olaraq Bakı Bəyannaməsini qəbul ediblər.
TürkPA-nın Bakı Bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsinə münasibət bildirilib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələr qurumun Bakıda keçirilən 5-ci plenar iclasının yekunu olaraq Bakı Bəyannaməsini qəbul ediblər.

Trend-in məlumatına görə, sənəddə bildirilir ki, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir.

Həmçinin sənəddə qeyd edilir ki, TürkPA Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumları qətiyyətlə pisləyir, Türkiyə konsulluğu əməkdaşlarının və vətəndaşlarının azadlığa buraxılmasını tələb edir.

Bakı Bəyannaməsində göstərilir ki, TürkPA Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə, tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir.

Bəyannamə TürkPA-ya üzv ölkələr Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, Qazaxıstan parlamenti və Qırğızıstan Joqorku Keneşi (parlament) tərəfindən imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti