...

Bakıda Azərbaycan və Belarus XİN-ləri arasında məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 17 İyun 2014 14:48 (UTC +04:00)
Bakıda Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri (XİN) arasında məsləhətləşmələr iyunun 19-da keçiriləcək.
Bakıda Azərbaycan və Belarus XİN-ləri arasında məsləhətləşmələr keçiriləcək

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir S.Əhmədova/

Bakıda Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri (XİN) arasında məsləhətləşmələr iyunun 19-da keçiriləcək. Bu barədə Trend Belarusun Azərbaycandakı səfirliyinə istinadən məılumat verir.

Görüşdə Belarus nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç rəhbərlik edəcək. Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Məsləhətləşmələr zamanı ticarət-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq məsələlərinin geniş spektri, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Belarus-Azərbaycan qarşılıqlı fəaliyyətinə baxılacaq.

Məsləhətləşmələr Belarus və Azərbaycanın xarici siyasət idarələri arasında mütəmadi dialoq çərçivəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti