...

Bakıda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

Siyasət Materials 1 İyul 2014 17:34 (UTC +04:00)
Bakıda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans uğurla başa çatıb.
Bakıda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans uğurla başa çatıb.

Trend xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarədə Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə (AŞ NK) sədrliyi ilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, bu konfrans çox mühüm və əhəmiyyətli tədbir idi və onun nəticələrini uğurlu hesab etmək olar.

Baş İdarənin rəisi qeyd edib ki, bu konfrans korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsi baxımından çox faydalı olub və gələcəkdə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət üçün səmərəli olacaq.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov isə bildirib ki, bu tədbir Azərbaycanda antikorrupsiya siyasətinin həyata keçirilməsinə də müəyyən töhfələr verəcək.

Onun sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə siyasətinin həyata keçirilməsində sistemlilik, kompleks yanaşma mövcuddur.

Qeyd edək ki, konfransın işində Avropa Şurasına daxil olan 35 ölkədən 130-dan çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, baş prokurorlar, ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, 13 nüfuzlu beynəlxalq təşkilat, eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində uğurlar qazanmış ölkələrin müsbət təcrübələrini bölüşmək məqsədi ilə dəvət edilmiş, bu sahədə ixtisaslaşmış qurumların rəhbərləri, habelə dövlət qurumlarının və QHT-lərin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti