Azərbaycan, Bakı, 19 avqust /Trend/
Bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin heyətinə müraciət yayılıb. Məlumatda Leyla Əliyevanın "Facebook" sosial şəbəkəsindəki hesabı vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət etdiyi bildirilir.
Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, xəbərdə istinad olunan "Facebook" sosial şəbəkəsindəki hesab, eləcə də Fondun vitse-prezidentinin adından yayılmış müraciət Leyla Əliyevaya məxsus deyil.
Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın adına "Facebook" sosial şəbəkəsində ayrı-ayrı şəxslər tərəfindən bir neçə hesab yaradılıb. Fond bununla əlaqədar bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi bu ünvandadır: https://www.facebook.com/aliyevaleylaofficial
Heydər Əliyev Fondu Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı açıqlama verdi