...

Azərbaycan Prezidenti Moldova Baş nazirinin müavinini qəbul edib

Siyasət Materials 9 Sentyabr 2014 17:13 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri xanım Natalia Germanı qəbul edib.
Azərbaycan Prezidenti Moldova Baş nazirinin müavinini qəbul edib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri xanım Natalia Germanı qəbul edib.

Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinə verdikləri dəstəyin önəmi vurğulandı.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, kənd təsərrüfatı, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti