...

MDB ölkələri Naxçıvanda sənayedə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 11 Sentyabr 2014 17:45 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə 16-17 sentyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında Dövlətlərarası Şuranın sənayedə təhlükəsizlik üzrə XII iclası keçiriləcək.
MDB ölkələri Naxçıvanda sənayedə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlkin İzzət/

Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə 16-17 sentyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında Dövlətlərarası Şuranın sənayedə təhlükəsizlik üzrə XII iclası keçiriləcək.

Trend-in FHN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasın keçirilməsində əsas məqsəd üzv ölkələr arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmaq perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdır.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Moldova və Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti