...

Ukraynalı deputat: Azərbaycan böyük uğurlar qazanıb

Siyasət Materials 2 Oktyabr 2014 15:50 (UTC +04:00)
Azərbaycan son illər böyük uğurlar qazanıb. Bunu cümə axşamı Trend-ə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Avropa Şurası Parlament Assambleyasının üzvü, Ukrayna Ali Radasının deputatı Anatoli Raxanski deyib.
Ukraynalı deputat: Azərbaycan böyük uğurlar qazanıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Aygün Bədəlova/

Azərbaycan son illər böyük uğurlar qazanıb. Bunu cümə axşamı Trend-ə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Avropa Şurası Parlament Assambleyasının üzvü, Ukrayna Ali Radasının deputatı Anatoli Raxanski deyib.

Onun sözlərinə görə, Azərbaycanda təkcə neft-qaz deyil, həm də sənayenin bir çox sahələri inkişaf edir: "Bu o deməkdir ki, ölkə büdcəsi düzgün planlaşdırılıb və bu cür forumların Azərbaycanda keçirilməsi ölkənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir".

A.Raxanski qeyd edib, cari forum yüksək səviyyədə keçirilir: "Bu tədbirin əsas məqsədi barışıq, müxtəlif dinlərə və millətlərə qarşı dözümlülük məsələlərinin müzakirə olunmasıdır".

Qeyd edək ki, illik Bakı forumu bu il oktyabrın 2-3-də keçirilir. Oktyabrın 4-5-də isə respublikanın regionlarına - Naxçıvan, Lənkəran, Qəbələ və Qubaya turlar təşkil olunacaq.

Forumda məşhur siyasətçilər, ictimai-siyasi dairələrin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti