...

Novruz Məmmədov: Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir

Siyasət Materials 9 Oktyabr 2014 11:37 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın Respublika Partiyasının üzvü Robert Doldun ermənilərə verdiyi dəstəyi şərh edib.
Novruz Məmmədov: Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir

Azərbaycan, Bakı, 9 oktyabr/ Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın Respublika Partiyasının üzvü Robert Doldun ermənilərə verdiyi dəstəyi şərh edib.

Trend-in məlumatına görə, N.Məmmədov bu barədə öz "Twitter" səhifəsində yazıb: "Respublikaçı Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir".

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi İllinoys ştatının 10-cu seçki dairəsindən Konqresə keçirilən seçkilərdə namizəd olan Robert Doldun namizədliyini dəstəkləyib.

R.Dold isə Dağlıq Qarabağın separatçı rejimini dəstəklədiyini və qondarma "erməni soyqırımı"nın tanınmasına birmənalı olaraq dəstək verdiyini bildirib.

Robert Dold ABŞ Konqresinin Nümayəndələr Palatasında ilk fəaliyyətini 2012-ci ildə başa vurub. ABŞ-ın Respublika Partiyasının üzvü olan R.Dold Konqresin erməni məsələləri üzrə qrupunun sədr müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti