...

Aleksandr Lukaşenko: Ukraynadakı vəziyyət bütün keçmiş SSRİ məkanına təsir edir

Siyasət Materials 10 Oktyabr 2014 14:37 (UTC +04:00)
Ukrayna sadəcə yerli gərginlik ocağı deyil, oradakı vəziyyət bütün postsovet məkanına təsir edir.
Aleksandr Lukaşenko: Ukraynadakı vəziyyət bütün keçmiş SSRİ məkanına təsir edir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Ukrayna sadəcə yerli gərginlik ocağı deyil, oradakı vəziyyət bütün postsovet məkanına təsir edir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında bəyan edib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Lukaşenko deyib: "Bu, sadəcə yerli gərginlik ocağı deyil, o postsovet məkanındakı bütün inteqrasiya dayaqlarını sıradan çıxarır".

Dövlət başçısı qeyd edib: "Münaqişə edən tərəflər Ukraynanın cənub-şərqində sülhə nail olmaq üçün Minskdə əldə olunan razılaşmalara əməl etməlidirlər".

Belarus Prezidenti hesab edir ki, münaqişənin nizamlanması məsələlərini münaqişə edən tərəflər həll etməlidirlər: "Əgər ölkələr sülhün əldə olunmasında maraqlıdırlarsa, onda münaqişə edən tərəflər ən zəruri məsələləri öz aralarında həll etməlidirlər. Onların həllini gah Berlində, gah da Milanda axtarmalı deyillər. Münaqişə tərəfləri təkcə təmas nöqtələrini tapmalı deyillər, Minskdə danışıqlar zamanı əldə olunan razılaşmalara da əməl etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti