...

İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılır

Siyasət Materials 14 Oktyabr 2014 13:21 (UTC +04:00)
Tezliklə İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq.
İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Tezliklə İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami bu gün keçirilən mətbuat konfransında deyib.

İ.Zərqami bildirib ki, Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq.

O əlavə edib ki, televiziya kanalında əsasən Azərbaycanla İran arasındakı əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq: "Bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".

İ.Zərqaminin sözlərinə görə, İran "Azerspace-1" peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran "Azerspace 1"-dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur".

O, əlavə edib ki, səfəri çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti