...

Səfir: İranda azərbaycandilli telekanalın açılışı bu dilə verilən əhəmiyyəti göstərir

Siyasət Materials 15 Oktyabr 2014 17:34 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, İranda azərbaycandilli telekanalın açılışı bu dilə verilən əhəmiyyəti göstərir.
Səfir: İranda azərbaycandilli telekanalın açılışı bu dilə verilən əhəmiyyəti göstərir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, İranda azərbaycandilli telekanalın açılışı bu dilə verilən əhəmiyyəti göstərir.

Trend-in məlumatına görə, M.Pakayin İranın "Jamejam" xəbər portalında dərc olunan məqaləsində iki ölkə rəsmilərinin qarşılıqlı səfəri çərçivəsində əldə olunan razılıqlardan bəhs edib və qeyd edib ki, İranın Radio-Televiziya Təşkilatı tərəfindən ölkədə yeni azərbaycandilli telekanalın təsis edilməsi İslam Respublikasının Azərbaycan dilinin inkişafına göstərdiyi diqqəti əks etdirir.

Qeyd edək ki, İranın Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami Bakıda səfərdə olarkən keçirdiyi mətbuat konfransında İranda yaxın günlərdə Azərbaycan dilində 24 saat fəaliyyət göstərəcək yeni bir kanalın fəaliyyətə başlayacağını demişdi.

Səfir İ.Zərqaminin Bakıya səfərini yüksək qiymətləndirib: "İzzətullah Zərqaminin Bakıya rəsmi səfəri nəinki iki ölkənin media sahəsindəki əlaqələrinə, hətta digər sahələrdəki münasibətlərinə də müsbət təsir göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti