...

Əhməd Davudoğlu: Türkiyə hərbi xidmətdən ödənişlə azad olma sistemini ləğv edir

Siyasət Materials 17 Oktyabr 2014 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə hərbi xidmətdən ödənişlə azad olma sistemi ləğv ediləcək. Bunu ölkənin Baş naziri Davud Əhmədoğlu bəyan edib. Bu barədə Trend cümə günü Türkiyənin "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Onun sözlərinə görə, bundan əvvəl Türkiyədə hərbi xidmətdən ödənişlə azad edilmə praktikasının davam etdirilməsi planlaşdırılmışdı: "Hərbi xidmətdən ödənişlə azad edilmə sistemi ədalətsizdir. Ölkə hökuməti vətəndaşları gəlirlərinə görə bölmür".

Türkiyə ödənişlə hərbi xidmətdən azad olma sistemi 2011-ci ildə tətbiq edilib. Xaricdə təhsil alan və ya çalışan ölkə vətəndaşları 30 min türk lirəsi ödəməklə hərbi xidmətdən azad ola bilirlər.

2013-cü ilin oktyabrında Türkiyə parlamenti ölkədə icbari hərbi xidmətin müddətini 15 aydan 12 ayadək azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti