...

İranın Qərbi Azərbaycan əyalətinin başçısı Naxçıvana səfər edəcək

Siyasət Materials 17 Oktyabr 2014 16:26 (UTC +04:00)
İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qurbanəli Səadət Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına (MR) səfər edəcək.
İranın Qərbi Azərbaycan əyalətinin başçısı Naxçıvana səfər edəcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qurbanəli Səadət Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına (MR) səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, Q.Səadət 23-24 oktyabr tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə Naxçıvanda olacaq.

Səfərdə Qərbi Azərbaycan əyaləti ilə Naxçıvan MR arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti