...

Azərbaycan hərbçiləri Almaniyaya gedir

Siyasət Materials 1 Noyabr 2014 09:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan hərbçiləri bir neçə beynəlxalq tədbirlərdə iştriak edəcəklər.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya) "Bütövlüyün qurulmasında müdafiə təsisatlarının liderliyi" mövzusunda kurs, NATO İctimai əlaqələr siyasətinin hazırlanması kursu, Budapeşt şəhərində (Macarıstan) "Tibbi qiymətləndirmə" kursu, Ankara şəhərində (Türkiyə) Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsi, Bakı şəhərində "NATO günləri" tədbiri, noyabrın 3-dən 14-dək Konstansa şəhərində (Rumıniya) Hidroqrafiya və hidroqrafiya idrələri üzrə regional təlim kursu, San Remo şəhərində (İtaliya) 156-cı Beynəlxalq hərbi kurs, noyabrın 3-dən 21-dək isə Ankara şəhərində Exokardioqrafiya kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti