...

Almaniyada gözlənilən erməni təxribatlarına hazırlıq məsələləri müzakirə olunub

Siyasət Materials 11 Noyabr 2014 12:48 (UTC +04:00)
Berlində Türk-Azərbaycan Birliyinin iclası keçirilib.
Almaniyada gözlənilən erməni təxribatlarına hazırlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İlkin İzzət/

Berlində Türk-Azərbaycan Birliyinin iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Berlində - Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Almaniyadakı Türk-Azərbaycan Birliyi İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Berlin-Brandenburq Atatürkçü Duşuncə Dərnəyinin nümayəndələri də iştirak ediblər.

İclası giriş sözü ilə açan Almaniyadakı Türk-Azərbaycan Birliyi İdarə Heyətinin sədri Hakki Kəskin gündəmdə olan vacib mövzulara toxunub. Müzakirəyə çıxarılan əsas məsələ erməni fitnəkarlıqları ilə türk dünyasına qarşı törədilmiş soyqırımların dünyaya çatdırılmasına dair təbliğati işlərin aparılması olub. Hakki Kəskin xüsusilə 2015-ci ildə gözlənilən erməni təxribatlarına hazırlıq haqqında danışıb.

Müzakirələrdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahattin Kaya, Atatürkçü Düşüncə Mərkəzinin sədri Olcay Başeğmez, AAKM-in icraçı direktoru Samira Patzer-İsmailova və digərləri çıxış edərək fikirlərini bölüşüblər.

Daha sonra İdarə Heyətinin üzvləri 2014-cü ilin dekabr ayı üçün planlaşdırılmış tədbirlər - 6-7 dekabrda Berlində, 13-14 dekabrda Hamburqda keçiriləcək seminar və konfransın təşkili ilə bağlı məsələləri də müzakirə ediblər. Nəzərdə tutulan seminar və konfranslar qondarma "erməni soyqırımı"nın tarixi və arxiv faktları ilə ifşasına dair məlumatların, "soyqırım"ın yalan və iftiralar əsasında uydurulduğunu sübut edən faktların açıqlanmasına həsr ediləcək. Tədbirdə Azərbaycan Respublikasının millət vəkili, professor Musa Qasımlı, Türkiyə və Almaniyadan olan elm və siyasət nümayəndələrinin çıxışı gözlənilir.

Türk-Azərbaycan Birliyi İdarə Heyətinin iclası türk dünyasının gələcəyinə dair bir sıra məsələlərin müzakirəsi və bu istiqamətdə aparılan işlərin səmərəsini artırmaq üçün mühüm qərarların qəbul edilməsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti