...

Sloveniyada əfsanəvi Azərbaycan partizanlarının xatirəsi anılıb (FOTO)

Siyasət Materials 19 Dekabr 2014 23:42 (UTC +04:00)
Sloveniyanın Nova Qoritsa şəhərində Əfsanəvi partizan Sovet İttifaqı qəhrəmanı,Mehdi Hüseyinzadənin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Sloveniyada əfsanəvi Azərbaycan partizanlarının xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Sloveniyanın Nova Qoritsa şəhərində Əfsanəvi partizan Sovet İttifaqı qəhrəmanı,Mehdi Hüseyinzadənin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycanın Sloveniyadakı diplomatık nümayəndəliyindən Trend-ə verilən məlumata görə mərasimdə iştirak edən Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, ölkəmizin Xorvatiyadakı səfiri Kamil Xasiyev, Azərbaycan Dövlət Neft Şirkətinin Avstriyadakı nümayəndələyinin rəhbərliyi, İtaliyadakı səfirliyimizin diplomatları, Sloveniyanın keçmiş müdafiə naziri Roman Yakiç, Nova Qoritsa şəhərinin meri Matey Arçon, Sloveniyada akkreditə olmuş diplomatik korpusların rəhbərləri, Sloveniya ictimaiyyətinin tanınmış şəxsləri və keçmiş partızanalar ilk öncə Mehdi Hüseynzadənin abidəsini ziyarət edərək əfsanəvi qəhrəmanın qəbrüstü memarial kompleksinin üzərinə tər çiçəklər qoyublar.Qəhrəman Azərbaycan öğlunun xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Tədbirdə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Xorvatiyadakı səfiri kamil Xasıyev,Sloveniyadakı diplomatik nümayəndəliyimizin rəhbəri Azər xudiyev və digər şəxslər çıxış edərək 2-ci dünya müharibəsi zamanı Azərbaycanın on minlərlə oğul və qızlarının alman faşizminə qarşı döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini bildiriblər.Bu baxımdan keçmiş Yuqaslaviyanın azadlığı uğrunda canını fəda etmiş əfsanəvi partizan və sovet ittifaqı qəhramanı Mehdi Hüseynzadənın keçdiyi rəşadərtli döyüş yolu haqqında ətraflı məlumat veriblər. Mərasimdə çıxış edən Sloveniyanın rəsmi nümayəndələri və keçmiş partizanlar 2-ci dünya müharibəsinin qəhrəmanlıq səlnaməsinə əbədi imza atmış Mehdi Hüseyinzadənin indiki və gələcək nəsillərə örnək göstərildiyini vurğulayıblar. Ötən il Nova Qoritsa şəhərində əfsanəvi kəşfiyyatçının anadan olmasının 95 illiyinin yüksək səviyyədə təşkil olunmasına və onun qəbirüstü memarial kompleksinin yenidən ucaldılmasına görə Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyevə dərin minnətdarlıqlarını bildiriblər. Tədbirə qatılanlar Mehdi Hüseynzadənin abidəsinin və Şempas qəsəbəsində qəhrəmanın adını daşıyan muzeyin ətrafında xatirə ağaclari əkiblər. Tədbir çərçivəsində Azərbaycan -Sloveniya və Azərbaycan - Xorvatiya dostluq cəmiyyətləri arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Sonra tədbirə qatılanlar Nova Qoritsada yerləşən Perla mehmanxanasında Mehdi Hüseynzadənin döyüş yolunun özündə əks etdirən "İX-cu korpus" və "Təxəllüsü Mixaylo idi" qısametrajlı sənədli filmlərinə baxmaqla əfsanəvi kəşfiyyatçının qəhrəmanlıq tarixi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti