...

Volkan Bozkır: Aİ Türkiyənin quruma üzvlüyündən faydalana bilər

Siyasət Materials 19 Yanvar 2015 10:35 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Türkiyənin quruma üzvlüyündən böyük fayda əldə edə bilər.
Volkan Bozkır: Aİ Türkiyənin quruma üzvlüyündən faydalana bilər

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa İttifaqı (Aİ) Türkiyənin quruma üzvlüyündən böyük fayda əldə edə bilər. Trend-in "Axşam" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Aİ işləri üzrə naziri Volkan Bozkır deyib.

Onun sözlərinə görə, bu strukturun üzvü olan bəzi ölkələrdən fərqli olaraq Türkiyə iqtisadiyyatı yüksək səviyyədədir. Bundan əlavə, Türkiyədə sabitliklə bağlı vəziyyət bir sıra ölkələrdə olduğundan daha yaxşıdır.

V.Bozkır qeyd edib ki, mühüm amillərdən biri də Türkiyə ordusunun yüksək hazırlıq səviyyəsidir.

Türkiyənin Aİ-yə daxil olması ilə bağlı rəsmi danışıqlar 2005-ci ildən bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti