...

"Avropa İttifaqı regionun inkişafında Azərbaycana etimad göstərir"

Siyasət Materials 29 Yanvar 2015 10:43 (UTC +04:00)
Azərbaycan və Avropa İttifaqı ümumi maraqları paylaşırlar. Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han belə hesab edir.
"Avropa İttifaqı regionun inkişafında Azərbaycana etimad göstərir"

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və Avropa İttifaqı ümumi maraqları paylaşırlar. Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han belə hesab edir.

Y.Han Trend-ə bildirib ki, nümunələrdən biri enerji təklükəsizliyidir: "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq ikitərəfli münasibətlərimizdə mühüm vasitədir".

Onun sözlərinə görə, Aİ qonşuluq siyasəti çərçivəsində Azərbaycana 2014-2017-cü illərdə 94 milyon avrodan artıq konkret yardım təklif edir: "Həmin vəsaitlər regional tərəfdaşlıq nəzərə alınmadan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində ayrılır. Hədəfimiz Azərbaycanla ölkənin modernləşdirilməsi, regional inkişaf, təhsil, eləcə də hüququ sahədə islahatlar məsələsində səylərin birləşdirilməsidir".

Y.Han qeyd edib ki, "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin qarşıdakı zirvə toplantısı proqramın tərəfdaşları arasında birgə koordinasiya üçün yaxşı fürsət olacaq.

"Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin növbəti zirvə toplantısı mayın 21-22-də Riqada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti