...

3 partiya müxalifətin yeni yaradılan blokuna qoşulmadı

Siyasət Materials 4 Fevral 2015 18:06 (UTC +04:00)
Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 11 partiyadan 8-i seçki bloku yaradıb.
3 partiya müxalifətin yeni yaradılan blokuna qoşulmadı

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 11 partiyadan 8-i seçki bloku yaradıb. Bu barədə Trend-ə Mərkəzdə təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Onun sözlərinə görə, bloka Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları qoşulub. Yerdə qalan 3 partiya - Azərbaycan Demokrat, Ümid və Müsavat partiyaları isə bloka qoşulmaqdan imtina edib.

Ə.Oruc qeyd edib ki, 3 partiya indiki dövrdə bloka qoşulmağa hazır olmadıqlarını bildiriblər.

ADP sədri Sərdar Cəlaloğlu bundan əvvəl Trend-ə bildirmişdi ki, Mərkəzdə təmsil olunan partiyalar arasında fikirayrılığı var və bu da ondan ibarətdir ki, partiyalar ayrı-ayrılıqda, başqa bir müstəvidə, başqa bir razılaşma ilə seçkiyə getmək istəyirlər: "Yəni hamı bir yerdə getmək, hamı eyni taleyi bölüşmək istəmir. Partiyalar arasında ideoloji yönümdə də fərqlilik mövcuddur. İdeoloji baxımdan uyğun olan partiyalar bir yerdə getmək istəyir. Biz Ümid Partiyası ilə bir yerdəyik. Biz Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyasından ibarət bir blok şəklində getməyi daha məqsədəuyğun hesab edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti