...

Öldürmək üçün gələnlərin aqibəti...

Siyasət Materials 8 Fevral 2015 22:26 (UTC +04:00)
Məlum olduğu kimi fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 51-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gəlib
Öldürmək üçün gələnlərin aqibəti...

Trend-in Baş direktorunun müavini, siyasi icmalçı
Arzu Nağıyev - Trend

Məlum olduğu kimi fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 51-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gəlib və səfər çərçivəsində "Ukraynadan əlavə-Avropada həll olunmamış münaqişələr" mövzusundakı paneldə iştirak ediblər. Həmin paneldə çıxış edən Azərbaycan Prezidenti daha sonra sualları cavablandırıb. Suallar arasında ən cox maraq kəsb edən məqamlardan biri də Ermənistan nümayəndəsinin Azərbaycan Ordusunu ermənilərin mövqelərini atəşə məruz qoymaqda və cəbhə bölgəsində gərginliyin artırılmasında ittiham etdiyi suala Prezident İlham Əliyevin cavabı olub. Prezident suala cavab verərəkən bildirib: "Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?"

Yəni Prezidentin də qeyd etdiyi kimi günahı həmişə bizim üstümüzə atmaq erməni tərəfinin taktikasıdır. Azərbaycan Prezidenti konfransda iştirak edənlərin yaddaşını təzələməklə, ötən ilin vasitəçilərin danışıqlarda aktivliyi baxımından çox diqqətəlayiq olduğunu vurğuladı, Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Soçidə Sarkisyanla görüşünü təşkil etməsini, sentyabrda ABŞ dövlət katibi Kerrinin danışıqlar raundu təşkil etməsini, oktyabrın sonunda Fransa prezidenti Ollandla olan görüşləri yada saldı. Lakin bütün bunlara baxmayarq ermənilər bütün cəbhə boyu təxribatları artırdılar, 50 minə yaxın şəxsi heyətlə Azərbaycanın Dağlıq Qarabağ ərazisində hərbi təlimlərə başladılar və sonunda da məlum helikopter hadisəsi baş veridi. Bu da bir bəhanə kimi Azərbaycanı ittiham etməkdən ötrü Ermənistan üçün əsas oldu.Yəni dünyannın ən aparıcı dövlətləri, o cümlədən Fransa, Rusiya və ABŞ liderlərinin səylərinə baxmayaraq, onlara qarşı da hörmətsizlik nümayiş etdirdilər. Bu o deməkdir ki, ermənilər ram olmaq istəmirlər, təxribatlarını davam etdirirlər. Ermənilər və onların havadarları elə bir mövqe nümayiş etdirirlər ki, ərköyün uşaq kimi öz istərdiklərini edəcəklər və bunun cəzasını almayacaqlar. Xeyr, elə deyil. Necə deyərlər bizim üzərimizə qılıncla gələnlər həmin qılıncla da cəzalarını alacaqlar.

Prezidentin də bildirdiyi kimi "Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir.". Bir sözlə, ermənilər və onun havadarları bilməlidirlər ki, Azərbaycan xalqının da, Prezidentinin də bir amalı var- biz həmişə sülhün tərəfdarıyıq, ancaq unutmaq lazım deyil ki, öldürmək üçün gələnlərin aqibəti ölümdür...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti