...

Azərbaycan hərbçiləri NATO təlimləri ilə bağlı tədbirdə iştirak edəcəklər

Siyasət Materials 14 Fevral 2015 10:32 (UTC +04:00)
Azərbaycan hərbçiləri Yunanıstanda keçiriləcək NATO təlimləri ilə bağlı tədbirdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri NATO təlimləri ilə bağlı tədbirdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan hərbçiləri Yunanıstanda keçiriləcək NATO təlimləri ilə bağlı tədbirdə iştirak edəcəklər.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 17-dən 19-dək Saloniki şəhərində (Yunanıstan) "NATO təlimlərinin sinxronlaşdırılması" mövzusunda konfrans keçiriləcək.

Həmçinin fevralın 16-dan 20-dək Ankara şəhərində (Türkiyə) "Strateji təhlil" mövzusunda kurs keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti