...

Prezident İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 24 Fevral 2015 20:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Prezident İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə geniş məlumat verdi. Bildirdi ki, 1987-ci ildən istifadəyə verilən və uzun illər təmir olunmayan bu müalicə müəssisəsi ilk dəfədir ki, əsaslı şəkildə yenidən qurulur.

Qeyd edildi ki, bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə də fərqlənir. Xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıqla təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib.

Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti