...

Azərbaycan və Xorvatiya müdafiə nazirləri nələri müzakirə edib? (FOTO)

Siyasət Materials 11 Mart 2015 10:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb.
Azərbaycan və Xorvatiya müdafiə nazirləri nələri müzakirə edib? (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xorvatiyanın Müdafiə Nazirliyində general-polkovnik Z.Həsənovun Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.

Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti