Azərbaycan, Bakı, 14 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Əli Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə və dövlət qulluğunda xidmətlərinə görə Əli Müzəffər oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.