...

NATO rəsmisi Azərbaycanla əməkdaşlığı dəyərləndirdi

Siyasət Materials 19 Mart 2015 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Anaxanım Hidayətova/

"Azərbaycanın Əfqanıstan əməliyyatlarına töhfəsi NATO ilə Azərbaycan əlaqələrinin əsas aspektlərindən biridir". Trend-in məlumatına görə, bu sözləri NATO Baş Qərargahının Siyasi və təhlükəsizlik məsələləri şöbəsinin əməkdaşı Steffen Elgersma deyib.

Onun sözlərinə görə, dünyada son illər bu qədər narazılıqların olduğu bir vaxtda NATO ilə Azərbaycan əlaqələri yüksək səviyyədədir.

Steffen Elgersma bildirib ki, Azərbaycan-NATO əməkdaşlığın digər istiqaməti isə müdafiə sahəsində islahatlardır: " Azərbaycanda strukturların NATO standartlarına uyğunlaşdırılması, təhsilin təkmilləşdirilməsi bu istiqamətdə əsas məsələlərdən biridir. Enerji təhlükəsizliyi və kiber hücumlarının qarşısının alınması isə NATO-Azərbaycan əlaqələrində yeni aspektlərdir. Azərbaycanla NATO əlaqələri hər iki tərəfin seçimi əsasında həyata keçirilir. Azərbaycan hansı dərəcədə iştirak edəcəyini özü müəyyənləşdirir. Mindən çox azərbaycanlı zabit NATO tədbirlərində iştirak edir. Bu, uzunmüddətli perspektivdə əsas göstəricidir. Bundan başqa Azərbaycanın NATO əməliyyatlarında iştirakı və tranzit ölkə qismində iştirakı yüksək qiymətləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti