...

Məlahət İbrahimqızı: "Təəssüf ki, ölkəmizdə bəzi qruplar xarici dairələrin əlində alətə çevrilib"

Siyasət Materials 19 Mart 2015 16:14 (UTC +04:00)
“Azərbaycanın uğurlarını istəməyən kifayət qədər xarici qüvvələr var. Sapı özümüzdən baltalar da var ki, həmin qüvvələrin maraqlarına qulluq edirlər. Azərbaycan çox strateji məkanda yerləşdiyi, zəngin təbii sərvətlərə sahib olduğu üçün həmişə təzyiqlərə məruz qalıb. Çünki dünyanın supergüclərinin bu regionda maraqları daim toqquşub”.
Məlahət İbrahimqızı: "Təəssüf ki, ölkəmizdə bəzi qruplar xarici dairələrin əlində alətə çevrilib"

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanın uğurlarını istəməyən kifayət qədər xarici qüvvələr var. Sapı özümüzdən baltalar da var ki, həmin qüvvələrin maraqlarına qulluq edirlər. Azərbaycan çox strateji məkanda yerləşdiyi, zəngin təbii sərvətlərə sahib olduğu üçün həmişə təzyiqlərə məruz qalıb. Çünki dünyanın supergüclərinin bu regionda maraqları daim toqquşub".

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin deputatı Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, təzyiqlərin səbəbi odur ki, müəyyən beynəlxalq dairələr Azərbaycan dövlətinin müstəqil, milli maraqlara xidmət edən siyasətini həzm edə bilmirlər: "Ona görə də qərəzli, qeyri-obyektiv rəy formalaşdırmağa çalışırlar ki, ölkəmizin imicinə mənfi təsir etsin. Amma mən deyərdim ki, Azərbaycanda olan demokratiya qərb dövlətlərinin bir çoxundan yüksəkdir. Azərbaycanın hüquq-mühafizə orqanları öz vətəndaşına güllə atmır. Amma ABŞ-da polislər dinc, günahsız insanları öldürürlər. Son aylar belə hallar daha da artıb. Avropa dövlətləri irqçi qanunlar qəbul edirlər, miqrantları, qaçqınları ölkəyə buraxmırlar. Bu isə humanizmdən, tolerantlıqdan uzaq bir məsələdir. Azərbaycan isə dünyada tolerantlıq üçün nümunə olan bir ölkədir. Bir sözlə, həmin dairələr nə edirlər etsinlər, dövlətin iradəsini sındıra bilməzlər".

M.İbrahimqızı qeyd edib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir, güclü dövlət başçımız var: "Prezident İlham Əliyev milli maraqlarımızı qətiyyətlə qoruyur. Hörmətli Prezidentimiz milli maraqlarımıza xidmət edən siyasət həyata keçirir. Dövlətimizin başçısı beynəlxalq miqyasda ən yüksək tribunalardan cəsarətlə, yüksək vətənpərvərliklə, milli hisslərlə Azərbaycanın maraqlarını müdafiə edir. Əlbəttə ki, Azərbaycan cəmiyyəti sivil cəmiyyətdir. Dünyada hansı proseslərin baş verdiyini, müəyyən dairələrin ölkəmizə qarşı təzyiqlərinin həqiqi səbəblərini cəmiyyətimiz çox yaxşı bilir. Ona görə də Azərbaycan haqqında yanlış məlumatlar ciddi qəbul olunmur".

Millət vəkili deyib ki, təəssüf ki, ölkəmizdə bəzi qruplar xarici dairələrin əlində alətə çevrilib: "Onların keçirdiyi son mitinqdə də cüzi adam var idi. Bu fakt onu göstərir ki, belə qüvvələri xalqımız birmənalı olaraq dəstəkləmir. Bizim əsas problemimiz torpaqlarımızın erməni işğalından azad olunmasıdır. İnanırıq ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti