...

Meksika Senatında təntənəli Novruz bayramı mərasimi keçirilib (FOTO)

Siyasət Materials 20 Mart 2015 13:32 (UTC +04:00)
Meksika Senatında təntənəli Novruz bayramı mərasimi keçirilib.
Meksika Senatında təntənəli Novruz bayramı mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 mart /Trend/

Meksika Senatında təntənəli Novruz bayramı mərasimi keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü və Meksika Senatının təşkilati dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Gürcüstan və Qazaxıstanın Mexikodakı səfir və diplomatik heyəti, Meksika Senatının üzvləri, ölkə içtimaiyyətinin tanınmış nümayəndələri və dəvət edilmiş digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində sözügedən ölkələrin nümayəndələri tərəfindən təntənəli zeytun-ağacəkmə və bu ağacın Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Gürcüstan və Qazaxıstan xalqlarının Meksika Senatına həddiyyəsi olduğunu əks etdirən xatirə lövhəsinin açılş mərasimi keçirilib. Lövhədə, həmçinin BMT Baş Assambleyasının A/RES/64/253 saylı qətnaməsi ilə Beynəlxalq Novruz Gününün qəbul edildiyi, habelə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi yazılıb.

Mərasim iştirakçılarını salamlayan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barron tədbirin keçirilməsi təşəbbüsünə görə Azərbaycan səfirliyinə dərin təşəkkürünü bildirərək, Novruz bayramının tarixi və beynəlxalq Novruz ənənələləri mövzusunda çıxış edib. Çıxış edən İran və Türkiyə səfirləri, Novruz bayramının tarixi-mədəni irsi və xüsusiyyətlərindən bəhs ediblər.

Tədbirdə iştirakçı ölkələrin Novruz ənənələrini əks etdirən fotosərgi keçirilib, habelə mərasim iştirakçılarına Azərbaycan milli mətbəxinə aid şirniyyat nümunələrindən ibarət ziyafət verilib.

Sərgi Senatda 10 gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti