...

Lord Tom Çandos: I Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycana mühüm faydası ola bilər

Siyasət Materials 27 Mart 2015 12:53 (UTC +04:00)
"I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkənizin gələcək inkişafı və irəli getməsi üçün mühüm amillərdən, meyarlardan biridir".
Lord Tom Çandos: I Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycana mühüm faydası ola bilər

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbirlər İlahə Xəlilova, İlkin İzzət/

"İdman bir çox ölkələri və insanları birləşdirən çox önəmli vasitə və amaldır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycana və idmana mühüm faydası ola bilər. Bunu nəzərə alsaq, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkənizin gələcək inkişafı və irəli getməsi üçün mühüm amillərdən, meyarlardan biridir".

Bunu Trend-ə açıqlamasında Böyük Britaniyanın Lordlar Palatasının üzvü Tom Çandos deyib.

T.Çandos həmçinin bəzi qüvvələrin bu oyunların Azərbaycanda keçirilməsinə qarşı apardığı qarayaxma kampaniyası ilə bağlı münasibətini də açıqlayıb: "Ola bilər ki, bəzi Avropa ölkələrinin bu oyunların keçirilməsi ilə bağlı müxtəif fikirləri olsun və bu fikrilər haçalansın. Ola bilsin ki, kimlərsə birtərəfli mövqe nümayiş etidirib oyunlarda iştirak etməkdən boyun da qaçırsınlar. Amma I Avropa oyunlarının Azərbaycanda keçirilməsi bu ölkənin vətəndaşlarının istəyidir. İnsanlar bunu böyük həvəslə gözləyirlər. Oyunların Azərbaycanda keçirilməsi isə ölkəyə faydaların verilməsi istiqamətində müsbət addım olacaq".

Qeyd edək ki, Bakı 2015 - I Avropa Oyunları Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 2015-ci ilin 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti