...

CNN telekanalının saytında 1918-ci ildə azərbaycanlıların soyqırımı barədə məqalə dərc edilib

Siyasət Materials 31 Mart 2015 15:09 (UTC +04:00)
ABŞ-ın CNN telekanalının saytında azərbaycanlı jurnalist Azər Həsrətin 1918-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı haqqında məqaləsi yayımlanıb.
CNN telekanalının saytında 1918-ci ildə azərbaycanlıların soyqırımı barədə məqalə dərc edilib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Yelena Kosolapova/

ABŞ-ın CNN telekanalının saytında azərbaycanlı jurnalist Azər Həsrətin 1918-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı haqqında məqaləsi yayımlanıb.

Məqalədə deyilir: "Mövcud sənədlərə əsasən, erməni silahlı dəstələri 1918-ci il martın 30-dan aprelin 3-dək Azərbaycanın Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Dağlıq Qarabağ, Naxçıvan və digər bölgələrində Azərbaycan əhalisinə qarşı soyqırım törədiblər".

Müəllif yazır ki, erməni quldur dəstələri minlərlə insanı öldürüb və bir neçə kəndi yandırıblar, onun babası isə ermənilərin Qubada qətliam törətməsinə kömək etmək üçün gənclərdən ibarət qrup səfərbər edib.

A.Həsrət bu barədə daha əvvəl özünün "Bir əsgərin yaşantıları" kitabında yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti