...

Köhnəlmiş metodlarla daim yenilənən ölkəyə təsir etmək cəhdləri

Siyasət Materials 9 Aprel 2015 21:30 (UTC +04:00)
Bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları başlamamış artıq boykot oyunlarına start verilib.
Köhnəlmiş metodlarla daim yenilənən ölkəyə təsir etmək cəhdləri

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları başlamamış artıq boykot oyunlarına start verilib. Boykot oyunlarının təşkilatçıları və oyunçuları isə həmişəki kimi eynidir.

Bunlar Avropada özünü demokratiyanın "keşikçisi" hesab edən bir sıra qeyri-dövlət siyasi mərkəz və təşkilatlardır. Həmin qurumların "qara siyahı"sında guya demokratik olmayan və ya onun əsas prinsiplərinin pozulduğu ölkələr yer alır.

Maraqlıdır ki, bu siyahıya daxil edilən ölkələr dəyişməz olaraq qalır. Azərbaycanı bu siyahıda görmək heç də təəccüblü deyil. Axı Azərbaycan hərtərəfli inkişafdadır və regionun güc mərkəzlərindən birinə çevrilib. Bu, Qərbdə bəzi qüvvələrin planlarına daxil deyil.

Həmin strukturların proseslərə birbaşa təsir imkanları olmadığına görə işləri həqiqətəuyğun olmayan hesabatlar hazırlamaq və çağırışlar etməkdən ibarətdir. Bu baxımdan onlar üçün Bakıda I Avropa Oyunlarının keçirilməsi əsl fürsətdir.

Azərbaycanın iqtisadi, sosial, siyasi sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir və l Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən "qara piar" kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. Boykot fikrinə düşənlər bunun effektsizliyini bilsələr də, sadəcə ürək bulandırmaqla dünyanın diqqətini Azərbaycana çəkirlər.

Azərbaycanı bu cür boykot oyunları ilə nüfuzdan salmaq və ya uğursuzluğa düçar etmək, köhnəlmiş metodlarla daim yenilənən ölkəyə təsir etmək qeyri-mümkündür.

Qoy, boykot oyunlarının təşkilatçıları və oyunçuları I Avropa Oyunlarında iştirak etsinlər. Və Oyunları qərəzsiz təşkil etməyi və ədalətlə oynamağı öyrənsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti