Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Ümid Niayeş/
Azərbaycan və İran arasında sərhəd əməkdaşlığı məsələləri müzakirə olunub. Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Bildirilir ki, İran Sərhəd Qoşunlarının komandanı, briqada generalı Qasım Rzayi və Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev arasında aparılan müzakirələrdə təhlükəsizliyin qorunması məqsədilə iki ölkənin sərhəd xidmətlərinin əlaqələrinin genişləndirilməsi, qaçaqmalçılıq və qadağan olunmuş malların idxal-ixracı, həmçinin terrorist qruplaşmalarla birgə mübarizə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər ikitərəfli əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıblar.
Müzakirələrdə eyni zamanda, tərəflər informasiya mübadiləsini tezləşdirməklə bağlı razılığa gəliblər.
Qeyd edək ki, İran Sərhəd Qoşunlarının komandanı Naxçıvana səfərində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla da görüş keçirib. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi vurğulanıb.
Azərbaycan və İran sərhəd məsələlərində bəzi razılıqlara gəlib (FOTO)
Müzakirələrdə, həmçinin tərəflər hadisələrlə bağlı informasiya mübadiləsini tezləşdirmək üzrə razılığa gəliblər.