...

Novruz Məmmədov: "Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır"

Siyasət Materials 21 Aprel 2015 09:56 (UTC +04:00)
Aralıq dənizi artıq bir böyük qəbiristanlığa çevrilib. Bu dənizə "Arada ölənlər dənizi" adı vermək daha məntiqli olar.
Novruz Məmmədov: "Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır"

Azərbaycan, Bakı, 21 aprel /Trend/

"Aralıq dənizi artıq bir böyük qəbristanlığa çevrilib. Bu dənizə "Arada ölənlər dənizi" adı vermək daha məntiqli olar. İnsan haqlarına bu qədər "qayğı" göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır". Trend-in məlumatına görə, bunu "twitter" səhifəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.

PA rəsmisi bildirib ki, müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və asiyalılara qapıları açmışdılar: "Bu da geosiyasi məhəbbətin göstəricisi idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti