...

Prezident İlham Əliyev: "Birgə səylərimiz Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə yönəldiləcək"

Siyasət Materials 27 Aprel 2015 16:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev: "Birgə səylərimiz Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə yönəldiləcək"

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Yenidən Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə Sizin qələbəniz qardaş Qazaxıstan xalqının Sizə yüksək etimadının, dövlətçiliyin möhkəmlənməsinə, sabitliyin qorunmasına, demokratik dəyərlərin bərqərar edilməsinə və ölkə əhalisinin rifahının yüksəldilməsinə yönələn davamlı və uzaqgörən siyasətinizi dəstəkləməsinin təsdiqidir.

Xalqlarımız arasında dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, bizim birgə səylərimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsi, regionun tərəqqisi naminə bütün sahələrdə hərtərəfli qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəldiləcək.

Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, səadət, fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti