...

Azərbaycanın baş konsulu Atırau Dövlət Universitetinin fəxri professoru oldu (FOTO)

Siyasət Materials 8 May 2015 20:13 (UTC +04:00)
X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin elmi şurasının qərarına əsasən, Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov Atırau Dövlət Universitetinin fəxri professoru adına layiq görülüb.
Azərbaycanın baş konsulu Atırau Dövlət Universitetinin fəxri professoru oldu (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin elmi şurasının qərarına əsasən, Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov Atırau Dövlət Universitetinin fəxri professoru adına layiq görülüb.

Baş konsulluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təqdimetmə mərasimində universitetin rektoru, filologiya elmləri doktoru, professor Beybit Mamrayev çıxışında, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əlaqələrdən, xüsusi ilə elm və təhsil sahəsində Atırau Dövlət Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsindən danışaraq, qazanılan uğurlarda Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədovun böyük əməyi olduğunu qeyd etdi. Rektor universitetdə Baş konsulluq tərəfindən çoxsaylı tədbirlərin təşkil olunduğunu qeyd edərək, universitetində "Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi" yaradılmasında R.Məmmədovun xüsusi rol oynadığını vurğuladı.

B.Mamrayev, Azərbaycan Baş konsulunun göstərdiyi fəaliyyəti nəzərə alaraq, Rəşad Məmmədova elmi şura qərarı ilə X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin fəxri professoru adına layiq görüşdüyü haqqında məlumat verdi.

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulu R.Məmmədov, universitet tərəfindən ona verilən adı, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan Respublikasının xarici siyasətinə verilən qiymət olduğunu bildirərək, bundan sonra da iki qardaş ölkə və xalq arasında əlaqələrin inkişafı istiqamətində çalışacağını qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti