...

Elmar Məmmədyarov küveytli həmkarı ilə görüşüb (FOTO)

Siyasət Materials 27 May 2015 23:45 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 27-28 may taarixlərində Küveytdə keçirilən 42-ci sessiyasi çərçivəsində Küveyt Dövləti Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb.
Elmar Məmmədyarov küveytli həmkarı ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 27-28 may taarixlərində Küveytdə keçirilən 42-ci sessiyasi çərçivəsində Küveyt Dövləti Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. Bu xüsusda, parlamentlərarası əlaqələrin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsində rolu qeyd olundu.

Həmçinin Hökumətlərarası Komissiyanın Küveytdə keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. İqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı biznes-forumları, iş adamları üçün seminarların keçirilməsinin vacibliyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti