...

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 30 May 2015 15:28 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Elçin Mehdiyev/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 1-dən 4-dək Bakı şəhərində Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq iclası, iyunun 1-dən 5-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) "NATO-nun regional kollektiv təlimi-2016"-nın planlaşdırılması üzrə birinci işçi görüşü, iyunun 1-dən 12-dək Budapeşt şəhərində (Macarıstan) qərargah zabitləri üçün hərbi terminologiya kursu, iyunun 1-dən 19-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti