XİN rəhbəri Elmar Məmmədyarovun Rusiya səfəri hansı məqamlarla yadda qaldı? (VİDEO)

XİN rəhbəri Elmar Məmmədyarovun Rusiya səfəri hansı məqamlarla yadda qaldı? (VİDEO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Kəpəz TV-nin (Region TV) "Bu həftə" analitik informasiya proqramının qonağı Trend İnformasiya Agentliyinin Baş Direktorunun müavini, politoloq Arzu Nağıyev xarici İşlər Naziri Elmar Məmmədyarovun Rusiyaya səfəri ilə bağlı suallara aydınlıq gətirib.

- Arzu müəllim, xarici işlər naziri Elmar Məmmədyarovun bu həftənin əvvəlində Moskvaya səfəri barədə nə demək olar? Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı əhəmiyyətli dəyişikliklərin başlanğıcı ola bilərmi?

- Ümumiyyətlə, bu səfərə diqqət həddən artıq çox idi. Bəzi siyasi dairələr səfərin nədən ibarət olduğunu təhlil etmək üçün həmin səfərdən öncə Şərq Tərəfdaşlığı Sammitində Elmar Məmmədyarov və Novruz Məmmədovun iştirakını nəzərə alaraq düşünürdülər ki, ikinci səfər məhz Rusiyaya edilibsə, burada maraq doğuran məqamlar ola bilər. Elmar Məmmədyarovun Rusiyaya səfəri çərçivəsində Rusiya xarici İşlər Naziri Sergey Lavrovla, bundan başqa, Sergey Narışkin və baş nazirin müavini ilə də görüşdü. Hər bir görüşün öz mənası var idi, eyni zamanda, ilk Avropa Oyunları qabağı bu protokol dairələri ilə müəyyən məsələlərin müzakirəsi də oldu. Yəni bilirsiniz ki, ilk Avropa Oyunlarında həm Rusiya prezidenti Valdimir Putinin, eyni zamanda, 300 nəfərlik nümayəndə heyətinin iştirakı gözlənilir. Bununla bağlı protokol məsələləri də oldu. Ola bilər ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı ümumi söhbətlər aparılıb, ancaq münaqişənin həlli ilə bağlı konkret məsələlər ortaya çıxmadı. Unutmaq lazım deyil ki, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrdən Fransa, Amerika, bu münaqişənin həllinə təsir də edə biləcək dövlətlərdən biri və bəlkə də başlıcası isə Rusiyadır. Məhz bu istiqamətdə bu görüşlərin keçirilməsi əlbəttə, müsbət bir hal kimi qiymətləndirilə bilər.

- Elmar Məmmədyarov Moskvaya getməzdən əvvəl sensasion bir bəyanat vermişdi. O bəyan etmişdi ki, Dağlıq Qarabağ probleminin tezliklə həllinə əmindir. Sizcə, Rusiyaya səfərin bu bəyanatla əlaqəsi varmı?

- Bu qərbə bir mesaj kimi səsləndirilə də bilərdi. Eyni zamanda, Qarabağ məsələsinin həlli istiqamətində hər hansı birgə addımların atılması idi. Bilirsiniz ki, Azərbaycan ordusu bu gün Dağlıq Qarabağ probleminin həllinə daha yaxındır. Məhz buna görə də bu cür bəyanatlar tez-tez səsləndirilir. Bizim Avropadan bir istəyimiz var- Dağlıq Qarabağ münaqişəsinə bütün beynəlxalq sənədlər və beynəlxalq qanunlar çərçivəsində, Madrid prinsipləri əsasında nəzər yetirsinlər. Avropa ilə enerji təhlükəsizliyində tərəfdaş olmağımıza baxmayaraq, Dağlıq Qarabağ məsələsində müəyyən istiqamətdə addımların atılmasını gözləyirik. Bu baxımdan bəli, bu həm Avropaya, həm də Rusiyaya bir mesaj idi ki, yəni siz ATƏT-in Minsk Qrupu olaraq bu məsələdə daha normal mövqe tutmalısınız. Digər tərəfdən, Azərbaycan ordusunun bütün problemləri həll etməyə bir addım daha yaxın olduğunu göstərmək idi.

- Elmar Məmmədyarov Rusiyada "Rossiya 24" telekanalına müsahibəsində bildirib ki, "Ermənistanın ərazilərimizi işğal altında saxlaması Azərbaycana Avrasiya İqtisadi İttifaqına daxil olmağa imkan vermir". Belə isə demək olarmı ki, işğala son qoyulsa, Azərbaycan bu ittifaqa qoşulacaq və bu, Rusiya qarşısında qoyulan bir şərtdir?

- Biz bu mövzuda bir neçə dəfə danışmışıq. Madrid prinsiplərində Dağlıq Qarabağ məsələsinin həllində birinci və önəmli şərt bizim ərazi bütövlüyümüzdür. Ərazi bütövlüyümüz dedikdə isə Qarabağ ətrafında işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılmasıdır. Əgər torpaqların qaytarılması zərurəti doğursa, Azərbaycan torpaqları 1-ci şərtlə qaytarılmalıdır, sonra isə hansısa bir quruma daxil olmaq, istər Avrasiya İttifaqı, istər digərlərindən söhbət gedə bilər. Bu gün Ermənistan bu istiqamətdə müəyyən addımlar atıbsa və Dağlıq Qarabağ məsələsi çözülməyibsə, eyni zamanda, bizim ərazi bütövlüyümüzü dəstəkləmirsə, bu zaman hansı birliyə daxil olmaqdan söhbət gedə bilər?! Heç inandırıcı görünmür ki, Dağlıq Qarabağ məsələsi həll edilməmiş biz hansısa bir ittifaqa üzv ola bilərik.

- Azərbaycan daim sülh tərəfdarı olduğunu göstərir, bununla belə son vaxtlar ordunun peşəkarlığının, döyüş hazırlığının artırılması ilə bağlı müntəzəm olaraq genişmiqyaslı təlimlər keçirilir. Demək olarmı ki, problemin hərbi yolla həlli variantı da istisna edilmir?

- Ümumiyyətlə, ulu öndər Heydər Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Ermənistanı sülhə təhrik etmək üçün Azərbaycanın güclü ordusu olmalıdır. Bu gün kiminləsə sülh müqaviləsi imzalayanda onu sülhə məcbur etmək lazımdır. Azərbaycan ordusunun güclənməsinin əsas istiqamətlərindən biri bu olmalıdır. Hiss edilir ki, ordu nə qədər güclənirsə, orduda nə qədər yeni texnika tətbiq olunursa, eyni zamanda, Azərbaycan ordusunda yenidənqurma işləri aparılırsa, ermənilər bundan o qədər narahatlıq keçirirlər. Məhz bu baxımdan belə hesab edirəm ki, hər hansı bir sülhə getməzdən əvvəl ordu gücləndirilməsi vacib şərtdir.

- Son illər ərzində Azərbaycan ordusu çox güclənib və texniki təchizat, silahla təchizat baxımından da Ermənistan ordusundan qat-qat üstündür. Ölkəmizin bu məsələni hərbi yolla tez bir zamanda həll edə biləcəyinə şübhə yoxdur. Bəs belə olarsa dünya ictimaiyyətinin, o cümlədən, ABŞ, Avropa, Rusiyanın buna reaksiyası necə ola bilər?

- Bu ərəfədə Ermənistan müdafiə naziri müavininin bir bəyanatı oldu. Bəyanat Avropa Oyunları vaxtı atəşkəsə hər iki tərəfdən əməl edilməsi barədə idi. Bu, həm də özünü sığortalamaq deməkdir. İndiyə kimi onlar bu Oyunlarda erməni idmançılarının iştirak etməyəcəyini bildirirdilər, artıq ermənilərin də bu Oyunlarda iştirak edəcəyini bəyan edirlər. Bunu niyə əlaqələndirmək istəyirəm? Dediyimiz kimi, Azərbaycan ordusunda olan islahatlar erməni ordusunu qorxuya salır. Bu baxımdan da ordunun gücləndirilməsi bu gün ermənilərin bir addım geri çəkilməsi deməkdir.

- Azərbaycan ordusu son zamanlar hərbi təlimləri Türkiyə hərbi qüvvələri ilə birlikdə keçirməyə başlayıb. Türk ordusu ordu sistemi baxımından dünyanın güclü ordularından sayılır. Bu baxımdan Azərbaycanın Ordusunun döyüş qabiliyyətini onlarla bölüşməsi, onların təcrübəsindən yararlanması və birgə təlimləri Milli Orduya nə verəcək?

- Əgər fikir verdinizsə, Türkiyə ordusu ilə təlimlər əsasən Naxçıvan ərazisində keçirildi. Ermənilər bu gün də havadarları ilə birlikdə Naxçıvan iddiasından əl çəkmirlər. Məhz bu baxımdan Türkiyə ilə Azərbaycan ordusunun birgə təlimləri çox təqdirəlayiq haldır, eyni zamanda, qeyd etdiyim kimi, Türkiyə ordusundan öyrəniləsi çox məsələlər var - onların döyüş taktikasından, döyüş qabiliyyətindən. Və əlbəttə ki, bu təlimlər nə qədər çox və ağır keçərsə, döyüş aparmaq bir o qədər asan olar. Türkiyə ilə Azərbaycan ordusunun birgə təlimləri müsbət haldır və bu əməkdaşlıq davam etdirilməlidir. Bu təlimlərin keçirilməsi, bütün qoşun hissələrinin döyüş hazırlığı halına gətirilməsi Avropa Oyunları qabağı da çox müsbət bir haldır. Ermənilər atəşkəslə bağlı nə qədər bəyanat versələr də, 1-ci təxribat törədə biləcək qüvvə məhz onların özüdür. Buna görə də bizim bütün silahlı qüvvələrimiz, ordumuz yüksək səviyyədə hazırlığa gətirilməlidir və gətiriləcəkdir. Ümumiyyətlə, olimpiadalar və idman oyunları keçiriləndə bu məsələlərin hamısına moratorium qoyulur. Onların özlərini humanist addım atan bir dövlət kimi göstərməklə bərabər, eyni zamanda o qorxu hissləri də var.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Rusiyada iki alpinist itkin düşüb
MDU-da “Davamlı və rəqabətqabiliyyətli iqtisadiyyat: Milli Prioritetlər və strateji hədəflər” mövzusunda elmi seminar keçirilib (FOTO)
ADA Universiteti təhsil haqqına güzəşt əldə edən tələbələrin sayını açıqlayıb
Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında
Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır
Daha bir həkim rüşvətə görə həbs edildi
Lənkəran Dövlət Universitetinə rektor təyin edilib
Ombudsman “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda onlayn konfransda çıxış edib
Jurnalistlərin növbəti qrupunun vaksinasiya olunacağı vaxt açıqlandı
Şimali Makedoniya Azərbaycan qazının əldə olunması ilə bağlı saziş imzalayacaq
Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq
“Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir
Bakıda Avropa-2020 üçün stadionda azarkeşlərin sayı 75 faizə çatdırıla bilər
İlham Həbibullayev: İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər
Azercell-in sürətli mobil interneti yerin üstünü də, altını da əhatə etməyə davam edir
Antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb
Əmək münasibətləri və məşğulluq altsistemi yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq (FOTO)
Dövlət başçısının bölgələrə səfəri regional iqtisadiyyatın dirçəldilməsi deməkdir - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 1809 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Səhiyyə nazirinin səlahiyyətlərini Teymur Musayev icra edəcək
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis olunub
Oqtay Şirəliyev vəzifəsindən azad edildi
Azərbaycan və Türkiyə kapital bazarlarının inkişafı istiqamətində təcrübə mübadiləsi aparacaq
“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi (FOTO)
Ötən il koronavirusla bağlı həkimlərin 2-3 min manat əlavə bonusları olub - Agentlik
Bakı Türk Anadolu Liseyində Müstəqillik və Uşaq bayramı qeyd edilib (FOTO)
Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb
Dövlət Turizm Agentliyi Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edib (FOTO)
Hüseynbala Mirələmov YAP-dan xaric edildi
Tahir Budaqov “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi İdarə Heyətinin bir qrup üzvü ilə görüşüb
DİM abituriyentlərə müraciət edib
“AccessBank” birinci rüb ərzində kredit portfelini 18 milyon artırıb
Vətəndaşlara peyvənd vuran həkimlərə əlavə əməkhaqqı hesablanmır - Agentlik
Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələndi
MSK üzvlüyünə namizədlərin siyahısı müəyyənləşib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının iclası keçirilib
"YAŞAT" Fondu daha 3 qazinin əməliyyat xərclərini ödədi (FOTO)
FHN Şuşada yanğın təhlükəsizliyi barədə tədbir keçirdi
AzMİU “Times Higher Education Impact Rankings 2021” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında
"Twitter"in işində nasazlıq yaranıb
YAP İdarə Heyəti MSK üzvlüyünə namizədləri təsdiqlədi
Bakıda daha bir küçə təmir edilib (FOTO)
Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti yaşayanlara xəbərdarlıq edib
Bakı Ali Neft Məktəbinin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu
Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor
İranda ötən sutka 380 nəfər koronavirusdan ölüb
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Şəmkirdə toy yarımçıq dayandırılıb, 6 nəfər cərimələnib (FOTO)
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək - Hikmət Hacıyev
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İtaliyada nəqliyyat işçiləri peyvənd tələb edir - 8 saatlıq tətil başlayıb
Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edildi
Şərtləri Azərbaycan diqtə edir: Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çarəsi yoxdur – Videolayihə
Qarabağda subartezian quyuları qazılacaq
Bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb
Fransanın həmsədrliyi tərk etməsi daha yaxşı olardı - Senat üzvü
Almaniyanın Azərbaycana qarşı növbəti qərəzi - "Bu, ən böyük riyakarlıqdır" - ŞƏRH
25 subartezian quyusunun qazılması üçün 1,75 milyon manat ayrılıb - Sərəncam
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələbi ləğv edildi
Azərbaycanda müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq - Dəyişiklik təsdiqləndi
Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib
Bu il 64 min hektara yaxın sahədə pambıq çiyidi səpilib
“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanılıb
Abşeron yatağında son həftələr işin sürəti azalsa da, qrafikə uyğun gedir - Əməliyyat şirkəti
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
İyundan başlayaq turizm sektorunda canlanma gözlənilir - Şirkət rəhbəri
INTERACT Online ikinci mövsümü ilə qayıdır (VİDEO)
Məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir
Polşa səfiri Rusiya XİN-ə çağırılıb
"YAŞAT" Fondu bu günə kimi 6 minə yaxın şəxsi öhdəliyə götürüb
İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib - Nazir müavini
Ərazilərin bərpası və inkişafı ümummilli məsələdir və bu planlı şəkildə aparılır
Bu saytlara girməyin - Dələduzlarla bağlı xəbərdarlıq
I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək
Unibank birinci rübü mənfəətlə başa vurub (FOTO)
YARAT möhtəşəm layihəyə başlayır - birinci Bakı Beynəlxalq küçə fotoqrafiyası festivalı
Uşaqlara siqaret satan 1568 şəxs məsuliyyətə cəlb olunub
Bakı sakinlərinə xəbərdarlıq - Geniş dezinfeksiya işləri olacaq
ABŞ qondarma "erməni" soyqırımını tanısa, Türkiyə ilə gələcək münasibətlərini təhdid altına alacaq - Politoloq
60-dan çox avtomobil hərraca çıxarılacaq
Beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı yeni qərar verilib
“Ucuzluq”larda işçilər qeyri-rəsmi əməyə cəlb edilib - Vergi Xidməti
İnsan alveri qurbanına çevrilmək riskləri artıb - Nazir müavini
ADU-nun Konfutsi İnstitutu "Sumqayıt - uzaq Şərqdə yaxın dost" adlı tədbir keçirib
Gələcəkdə növbəti dalğalar qaçılmazdır - TƏBİB rəsmisi (VİDEO)
Azərbaycanda dövlət strukturlarının informasiya sistemləri "Hökumət buludu"nda yerləşdirilib
Azər Türk Bank xidmət şəbəkəsini yeniləyir
Xaricdə təhsil almaq ilə maraqlanırsınız? (FOTO)
Milli Məclisin növbəti plenar iclası başladı
Azərbaycanda gender bərabərliyinin hüquqi əsasları daha da möhkəmləndirilir - Könül Nurullayeva (VİDEO)
Ötən gün ölkədə 16 yanğın olub, 3 azyaşlı xilas edilib
Hindistanın baş naziri iqlim və təmiz enerji üzrə Hindistan-ABŞ tərəfdaşlığını elan edib
Cəlilabadda müğənnini öldürüb kanala atan məmurlar həbs edildi
Azərbaycan nefti ucuzlaşıb
Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatır
Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub
"Azercell"in sürətli mobil interneti yerin üstünü də altını da əhatə etməyə davam edir
Bütün xəbərlər