...

Fransa ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin fəaliyyət müddətinin uzadılmasını dəstəkləməyib

Siyasət Materials 2 İyun 2015 10:17 (UTC +04:00)
Fransa Hökuməti Alexis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin uzadılmasını dəstəkləməyib
Fransa ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin fəaliyyət müddətinin uzadılmasını dəstəkləməyib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Fransa Hökuməti Alexis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin uzadılmasını dəstəkləməyib. Trend-in məlumatına görə, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyətinin davam etdirib-etdirməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi A.Şahtaxtinskinin təyinat müddətinin 31 may 2015-ci il tarixində başa çatması bildirilib.

ATƏT-dən verilən məlumata görə, Fransa Hökuməti vətəndaşlığını daşıyan A.Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti