...

Xəzər parlamentlərarası assambleyası yaradıla bilər

Siyasət Materials 10 İyun 2015 19:49 (UTC +04:00)
Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) nümayəndələri avqustun 12-də Həştərxanda Xəzər parlamentlərarası assambleyasının yaradılmasını müzakirə edəcəklər.
Xəzər parlamentlərarası assambleyası yaradıla bilər

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) nümayəndələri avqustun 12-də Həştərxanda Xəzər parlamentlərarası assambleyasının yaradılmasını müzakirə edəcəklər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu "Təmiz dənizlər" beynəlxalq ekoloji fondunun rəhbəri Vasili Boqoslovski deyib.

Onun sözlərinə görə, parlamentlərarası assambleyanın yaradılması ideyası təqdim olunacaq, müvafiq təkliflər Xəzəryanı ölkələrin parlament nümayəndə heyətlərinə veriləcək: "Assambleyanın əsas məqsədi komissiya səviyyəsində nail ola bilmədiyimiz mürəkkəb məsələlərin üzərində daimi işləməkdir".

Qeyd edək ki, hər il avqustun 12-də Xəzər Günü qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti