...

İlham Əliyev San-Marino dövlətinin başçılarını qəbul edib (FOTO)

Siyasət Materials 11 İyun 2015 12:16 (UTC +04:00)
İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn San-Marino dövlətinin başçıları, San-Marino Regent Kapitanları Andrea Belluzini və Roberto Venturunini qəbul edib.
İlham Əliyev San-Marino dövlətinin başçılarını qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn San-Marino dövlətinin başçıları, San-Marino Regent Kapitanları Andrea Belluzini və Roberto Venturunini qəbul edib.

Prezident İlham Əliyev iyunun 12-də Bakıda mötəbər beynəlxalq idman yarışının - birinci Avropa Oyunlarının başlamasının və Avropadan çoxlu sayda idmançının bu yarışlarda təmsil olunmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı yarışlarda iştirak edəcək San- Marino idmançılarına da uğurlar arzuladı. Prezident İlham Əliyev San-Marinonu təmsil edən nümayəndələrin ölkəmizlə yaxından tanış olmaları üçün də tədbirin yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan ali qonaqlar San-Marino nümayəndə heyətinin birinci Avropa Oyunlarında iştirakından qürur duyduqlarını dedilər. Qonaqlar bildirdilər ki, onların bu mötəbər idman yarışlarında iştirak etmələri Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi işlərə göstərdikləri hörmətin ifadəsidir.

Görüşdə birinci Avropa Oyunlarının xalqların bir-birini daha yaxından tanıması və xalqlar arasında humanitar və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verdiyi vurğulandı.

Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirildi, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə də əməkdaşlıq üçün yaxşı potensialın olduğu qeyd edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti