Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Səba Ağayeva/
Ermənistanda yaranmış vəziyyət ilk növbədə Prezident Serj Sarkisyanın imicinə və ölkəni bu hala salmış siyasi rejimə qarşı zərbədir. Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov Yerevanda polisin nümayişçiləri dağıtmasını şərh edərkən deyib.
O bildirib ki, Ermənistanda vəziyyət mürəkkəbdir: "Bir tərəfdən daxili siyasi hesablaşmalar, digər tərəfdən isə Azərbaycan hərbçilərinin istənilən an torpaqlarını azad etmək üçün hərbi əməliyyata başlması qorxusu var. Bundan başqa sosial problemlər də mövcuddur. Erməni cəmiyyəti sosial problemlərlə mütəmadi üzləşir. Bu, insanların paytaxt meydanlarına çıxması üçün ciddi səbəbdir".
Politoloq oturaq nümayişin dağıdılmasını qorxunc aksiya adlandırıb: "Aksiyaların dağıdılması ilə bu məsələyə nöqtə qoyulmayacaq. Ermənistanda vəziyyət həddən artıq mürəkkəbdir, yekunda ölkənin digər regionlarında aksiyaların keçiriləcəyini proqnozalaşdırmaq olar. Cəmiyyət pik həddinə çatıb, bu, gərginliyin elə səviyyəsidir ki, artıq açıq etirazlar başlayır. Daxildə Sarkisyan əleyhdarları olan siyasi qüvvələrin bundan yararlanacağını istisna etmirəm. Onlar Sarkisyanı asanlıqa hakimiyyətdən uzaqlaşdıra bilərlər".