...

Azay Quliyev yenidən ATƏT PA-nın Büro üzvü və Komitə sədrinin müavini vəzifəsinə seçilib

Siyasət Materials 8 İyul 2015 15:02 (UTC +04:00)
Bu gün Helsinkidə, ATƏT Parlament Assambleyasının 24-cü yay sessiyası çərçivəsində, qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin (1-ci komitə) iclasında rəhbər vəzifələrə seçkilər keçirilib.
Azay  Quliyev yenidən ATƏT PA-nın Büro üzvü və Komitə sədrinin müavini vəzifəsinə seçilib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Helsinkidə, ATƏT Parlament Assambleyasının 24-cü yay sessiyası çərçivəsində, qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin (1-ci komitə) iclasında rəhbər vəzifələrə seçkilər keçirilib. Milli Məclisdən Trend-ə bildiriblər ki, azərbaycanlı millət vəkili Azay Quliyev 3-cü dəfə Komitə sədrinin müavini və Assambleyanın Büro üzvü vəzifəsinə seçilib.

Eyni zamanda, Amerikalı senator Roger Viker təkrar olaraq Komitənin sədri, İsveçli Marqarita Kaderfelt isə ilk dəfə olaraq Komitənin məruzəçisi vəzifəsinə seçilib.

Xatırladaq ki, Azay Quliyev 2013-cü ildə ATƏT PA-nın İstanbulda keçirilən illik sessiyasından etibarən bu vəzifəni tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti