...

İlham Əliyev Mərakeş Kralını təbrik edib

Siyasət Materials 29 İyul 2015 19:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Mərakeş Kralını təbrik edib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Mərakeş Krallığının milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətləri bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək əməkdaşlığımız üçün möhkəm zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti