...

İlham Əliyev Kot-d’İvuar Prezidentini təbrik edib

Siyasət Materials 6 Avqust 2015 18:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kot-d’İvuar Prezidenti Alassane Uattaraya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Kot-d’İvuar Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Kot-d'İvuar Prezidenti Alassane Uattaraya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Kot-d'İvuar Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti