...

Türkiyə Hərbi Hava Qüvvələrinin mühəndis-texniki heyəti Azərbaycana gəlib (FOTO)

Siyasət Materials 24 Avqust 2015 12:52 (UTC +04:00)
“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin mühəndis-texniki heyəti Azərbaycandadır.
Türkiyə Hərbi Hava Qüvvələrinin mühəndis-texniki heyəti Azərbaycana gəlib (FOTO)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İlkin İzzət/

"TurAz Qartalı - 2015" təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin mühəndis-texniki heyəti Azərbaycandadır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə "TurAz Qartalı - 2015" taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.

Hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyətlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.

Təlimlər sentyabrın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti