Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan Milli Məclisi növbədənkənar xüsusi plenar iclasını çağırıb.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, iclas sentyabrın 14-də baş tutacaq.
İclasın çağırılmasına səbəb ötən gün Avropa Parlamentinin iclasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamədir.